Prodüser Tarix Əliyev (Tolik) "Günəşli" yatağında baş verən yanğından qorxaraq atasının artıq çalışmasını istəmədiyini vurğulayıb. SİA-nın verdiyi xəbərə görə, o, bu haqda "İnstagram" səhifəsində yazıb: "Atam 27 ildir neft şirkətində işləyir. Deyirəm ata, daha dənizə getmə. Cavab verir ki, "Mən işimi sevirəm. Neftçi olmaq, neft daşlarında ən asan işdə çalışmaq özü belə qürurvericidir". Amma atam gözü qarşısında olan bəzi hadisələri mənə danışdı. Çox pis oldum. Allah hamının valideynlərini qorusun. Dünyasını dəyişənlərə isə Allah rəhmət eləsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB