"Mahnı-2015" mükafatlandırma mərasimi baş tutub. SİA-nın verdiyi xəbərə görə, Nail Naiboğlunun müəllifi olduğu layihədə bir çox tanınmışlar iştirak edib. Tədbirdə ilk olaraq Nail çıxış edərək "Mahnı-2015" "Facebook" istifadəçilərinin ixtiyarına verdiyini deyib.
Daha sonra bəstəkar Nailə Mirməmmədli ilk mükafatı tələbəsi İnciyə təqdim edib. İnci Nailə xanımın bəstələdiyi "Daş ürək" mahnısına görə, mükafat alıb.
Bir-birinin ardınca Ədalət Şükürov, Almaz Ələsgərova, Damla, Sevinc Musayeva, Gümüş, Şəbnəm Əliyeva, Ceyhun Bakinskiy, Samir Piriyev, Ayaz Qasımov, Rüfət Axundov, Murad Arif, Yaşar Cəlilov, Seyran Babayev, Fəqan Səfərov, Rauf, "Kristal" qrupu mükafatlanıblar.
Səhhəti ilə bağlı olaraq "Mahnı-2015" Natavan Həbibi qatıla bilməyib.
Qeyd edək ki, gecənin fəxri qonağı modelyer Fəxriyyə Xələfova olub.


.jpg)








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB