Şou-biznesdə növbəti küsülülüyə son qoyulub. SİA-nın verdiyi xəbərə görə, müğənni Natavan Həbibi həmkarı Sevda Yahyayeva ilə barışaraq xəstəxanada müalicə alan xalq artisti İlhamə Quliyevanın ziyarətinə gedib. Hər üç tanınmışın barışmasına isə prodüser Tolik vasitəçi olub. Tolik xəstəxanadan çəkilmiş fotonu paylaşaraq yazıb: "Natavan Həbibi Sevda Yahyayeva ilə, İlhamə xanım da Natavanla barışdı. Çalışacağam hamı barışsın. Bu da Allahın köməyi ilə olacaq".
Qeyd edək ki, İlhamə Quliyevanın oğlu Orxan Nadirov açıqlamasında xalq artistinin dekabrın 4-də evə buraxılacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB