Türkiyənin 3 məşhur yaraşıqlısı Bakıya gəlir

Türkiyənin 3 məşhur yaraşıqlısı Bakıya gəlir

Türkiyəli aktyorlar Çağatay Ulusoy, Burak Özçivit və Murad Boz Bakıya gələcək. Bu haqda SİA-ya Nizami Kino Mərkəzinin mətbuat xidməti Arzu xanım məlumat verib. Çağatay baş rolda çəkildiyi "Delibal" filminin Bakıda baş tutacaq qala gecəsinə qatılacaq. Məşhurlar 2016-cı ilin yanvarın 17-də paytaxtımızın qonağı olacaq.

Burak və Murad isə fevralda keçiriləcək "Kardeşim" filminin qala gecəsində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə