Türkiyənin tanınmış müğənnisi Sinan Özən əməkdar artist Ədalət Şükürov və "Qala" qrupunun rəhbəri, bəstəkar-müğənni Ceyhun Əliyevin yeni mahnısını oxuyacaq. Bu barədə SİA-ya Ceyhun məlumat verib: "Sinan Özen həm Ədalət bəyin repertuarından bir mahnı səsləndirəcək, eyni zamanda onun üçün bəstələnəcək mahnını ifa edəcək. Daha bir bəstəni isə məndən istəyiblər. Mahnı yazılır. Bu gün bir çox mahnıların ömrü qısa olur. Yaxşı mahnı yazılmalıdır ki, sevilən olsun. Bizim hədəfimiz budur ki, dinləyiciyə ancaq yaxşı mahnı təqdim edək".
Qeyd edək ki, Ceyhun Əliyev Sinan Özenlə əməkdaşlıq zamanı türkiyəli sənətçinin Bakıya səfərinin olacağını istisna etmədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB