Aqil M Quliyev: “Bundan sonra ailə qurmayacam”

"Bir fincan qəhvə, bir qutu siqaret və yeni bir film.. Mənim üçün bundan böyük xoşbəxtlik yoxdur"
Aqil M Quliyev: “Bundan sonra ailə qurmayacam”

Rejissor Aqil M Quliyev "ChatBox kanalında Nail Naiboğlunun təqdimatında yayımlanan "STOP" verilişində qonaq olub. SİA-nın verdiyi xəbərə görə, rejissor proqramda həyatındakı qadağalardan danışıb: "Bundan sonra həyatımda heç kimlə yaxın olmayacağam. Bu qərara gəlməyimə səbəb həbsxanada olarkən dostlarımın mənə qarşı laqeydliyidir. Mən barmaqlılar araxasında olanda xalq artisti Amalya Pənahova mənə dəstək olub".

Aqil qızından da söz açıb: "Övladıma 10 yaşa kimi heç bir dəstək göstərməmişəm. Çünki qızım və anası Moskvaya köçdü və mən bu halı normal qarşıladım. Artıq qızım böyüyüb, aspiranturada oxuyur. Xüsusi bir məqama toxunum ki, qızımın anası övladıma maraqlı fikir söyləyib. Bildirib ki, "Atan bizim üçün heç nə etməyib, amma mane də olmayıb". Bundan sonra ailə qurmayacam. Çünki bir adamla çox vaxt keçirə bilmirəm. Ürəyim sıxılır. Axşam olanda da hamını ofisdən qovuram. Bir fincan qəhvə, bir qutu siqaret və yeni bir film.. Mənim üçün bundan böyük xoşbəxtlik yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə