"AG FM" radiosunun Bakı nümayəndəliyinin rəhbəri, bəstəkar, hüquqşünas Ruslan Əhmədoğlu gəncləri düzgün yola səsləyib. SİA-ya açıqlama verən bəstəkar bunları deyib: "Biz gənclər dövlətin ətrafında sıx birləşməli olduğumuz halda, bəzi yalandan özünü din xadimləri adlandıran şəxslər, gəncləri yanlış istiqamətə yönəldib, öz çirkin planlarını işə salmaq istəyirlər. Bu qədər dünyada baş verən son hadisələr ərəfəsində Azərbaycanda hal- hazırda stabilliyi pozmaq istəyən insanlar, düşünmürəmki vətənin, xalqın sevən insanlardır. Bizlərində üzərinə bu məsələdə çox böyük bir yük düşür. Biz imkan verməməliyik ki, bizlərə bu planlarda, bu çirkin əməllərdə bir istifadə metodu kimi baxsınlar. Yalnış təsirlər olsun, yalnış istiqamətlərə bizi yönəltsinlər. Bu o demək deyil ki, dindən uzaqlaşmaq, dini danmaq lazımdır! Xeyir! Sadəcə düzgün şəkildə təbliğatın aparmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB