Ahmet Kayaya çəngəl-bıçaq atan müğənni onun mahnısını oxumaq istədi
Türkiyəli müğənni Sərdar Ortaç mərhum sənətkar Ahmet Kayanın repertuarına müraciət etmək istəyir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, açıqlamalarının birində "Ahmet Kayanın albomundan səsimə uyğun gələn mahnı olsa, oxuya bilərəm" deyib.
Sərdar Ortaçın bu sözlərinə A.Kayanın xanımı Gültən Kayadan cavab gecikməyib: "Çox xahiş edirəm, məni buna görə narahat etməyin. Dünyada nələr baş verir. Məni belə şeylərlə yormayın. Bu mövzular heç gündəmim belə ola bilməz".
Qeyd edək ki, 1999-cu ildə mükafatlandırma mərasimi zamanı səhnəyə çıxan Ahmet Kayaya kürdcə mahnı oxuduğu üçün çəngəl-bıçaq atanlar arasında Sərdar Ortaç da olub. Amma Sərdar buna görə mətbuatda açıqlama verərək peşmançılığını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB