Gülnarə Xəlilova məşhur dəfilədə FOTOLAR

Türkiyədə modelyer Yıldırım Mayrukun fəaliyyətinin 50 illiyinə həsr olunmuş dəfilə baş tutub. SİA-nın verdiyi xəbərə görə, gecədə qonaq qismində iştirak edənlər arasında azərbaycanlı modelyerlər Gülnarə Xəlilova və Fəxriyyə Xələfova da yer alıb.

G.Xəlilova dəfilə ilə bağlı təəssüratlarını bölüşüb:"O mənim "İlham" və "İlmələrin sehri"- əl işi olan gecə, toxunmuş libaslardan ibarət kolleksiyamı yüksək qiymətləndirib. Türkiyə modasının yaradıcısından belə sözləri eşitmək çox xoş idi. Bizim çox isti və ailəvi mehriban münasibətlərimiz yarandı. Bir neçə ay əvvəl modelyer məni özünün dəfiləsinə dəvət etdi. Mən də məmnuniyyətlə bu təklifi qəbul etdim. İstanbuldakı gecə çox möhtəşəm idi. Tamaşaçılar əfsanəvi dizayneri və onun füsunkar kolleksiyasını uzun müddət alqışladılar".

Bütün xəbərlər Facebook səhifəmizdə