“Emir Kozcuoğlu” sevənlərinin gözünü yolda qoydu

“Emir Kozcuoğlu” sevənlərinin gözünü yolda qoydu

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktrisası Türkan Şoray rejissorluğunu etdiyi "Uzaklarda arama" filminin Bakıda keçiriləcək qala gecəsində iştirak edəcəkdi. SİA-nın verdiyi xəbərə görə, aktrisa noyabrın 26-da Bakıda olacağı halda tarix dəyişilib. Belə ki, Nizami Kino Mərkəzində keçiriləcək qala gecəsi dekabr ayının 9-na salınıb.

Nəzərinizə çatdıraq ki, aktrisanın 6 nəfərlik heyətlə Azərbaycana gəlməsinin vaxtının dəyişilməsinə səbəb məşhur xanımın Türkiyə kanalında yayımlanan "Bəyaz şou" verilişinə qatılmasıdır.

Qeyd edək ki, filmin rejissoru Türkan Şoray, baş rolun ifaçısı isə qızı Yağmur Ünaldır. Filmdə Sevda Erginci, Mehtap Bayrı, Mustafa Uğurlu, Serkan Şenalp, Kaan Urgancıoğlu, Ekin Türkmen, Sema Keçik və başqaları çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə