Xatirədən cavab gəldi: "Namus dərslərini evinizdəkilərə keçin" FOTO

Xatirədən cavab gəldi: "Namus dərslərini evinizdəkilərə keçin" FOTO

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddinlə hamamda çəkilən fotosunu sosial şəbəkədə paylaşmışdı. SİA-nın verdiyi xəbərə görə, onun bu paylaşımları söz-söhbətə səbəb olub. Sənətçi onu qınayanlara sərt cavab verib: "Bura mənim profilimdir. Ürəyim nə istəyir, onu da paylaşıram. Gedin o namus dərslərini evinizdəkilərə keçin. Sözüm bəzi görməmiş adamlaradır. Mən heç elələrinin yazdığını oxumuram da. İşim-gücüm qurtarıb oturub sizin yazdıqlarınızı oxumalıyam? Mən harda demişəm ki, ərim namaz qılır? Bəziləri atamın videosunu görüb, ərimlə səhv salıblar. Bir az diqqətli olun. Mən sabah çadra da bağlasam, siz yenə mənə mız qoyacaqsınız. Ona görə də xətdə qalın".

Bütün xəbərlər Facebook səhifəmizdə