Müğənni Elçin Hüseynov qalmaqal etdiyi həmkarı Zamiq Hüseynovla barışıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi sosial şəbəkədə Z.Hüseynovla telefonla əlaqə saxladığını və problemi yoluna qoyduğunu yazıb: "Zamiqlə telefonla danışdıq, problemi yoluna qoyduq. Hər şey yolundadır. Münasibətimiz yaxşıdır. Biz barışdıq".
Qeyd edək ki, E.Hüseynov Zamiqin "Qarınlı müğənnilər səhnəyə çıxmasın" sözlərinə əsəbiləşib onun ünvanına xoşagəlməz sözlər demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB