Roza Zərgərli: "Aygün Snup Doqun qucağında oturanda pornoqrafiya deyildi?” FOTOLAR
"Sevgi nağılı" adlanan klipi ilə yenidən gündəmə gələn Roza Zərgərli klipinin tamaşaçılar tərəfindən sevildiyini və fanatlarının qısqanclıq krizindən qurtulduğunu vurğulayıb. İfaçı açıqlamasında ekran əsərini erotik klip adlandıranları qınayıb. Zərgərli klipdə heç bir açıq-saçıq səhnənin yer almadığını və deyilən fikirlərin tamamilə əsassız olduğunu deyib.
O, bu dəfə həmkarlarına da söz atıb. İfaçı bəzi ulduzların kliplərini pornoqrafiya adlandırıb: "Əgər mənim klipim erotikdirsə, o zaman bəzi müğənnilərimizin klipi pornoqrafiyadır. Aygün Kazımova klipində Snup Doqun qucağında oturub, o, pornoqrafiya deyil? Sadəcə mənim adımı hər yerdə çox hallandırmağı xoşlayırlar".




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB