Teleaparıcı Ülviyyə Alovlu Türkiyədə yaşayan aktrisa Məlahət Abbasovanın "Beyaz şou"da Röyaya qarşı hörmətsizlik etdilər" fikrinə cavab verib. SİA-nın verdiyi xəbərə görə, aparıcı bunları deyib: "Röyanı xeyli vaxtdır görmürəm. Amma verilişə baxdım. Əla idi! Röya bizim ölkənin miqyasında ulduzdur, orada isə hələlik qığılcımdır. "Beyaz şou" Türkiyənin ən reytinqli verilişidir. Oraya lap 5 dəqiqəlik də çıxsan, gündəm olursan.
Həm də verilişin günlərlə nümayiş olunan anonsuna da Röyanı daxil etmişdilər. Yeni parlayan ifaçıya qarşı bu, böyük hörmətin göstəricisidir. Bunu televiziya işçiləri daha yaxşı anlayar. Bəli, mən əminəm ki, vaxt gələcək Röya Türkiyə ulduzları ilə eyni çəkidə olaraq tam verilişə dəvət olunacaq. Hələlik isə, bütün fürsətlərdən istifadə etmək lazımdır.
Təbii ki, özlərini böyük bacı, həmvətənli sayan, qıraqdan baxıb tənqid eləyənlərin yerinə, əl uzadıb kömək edənlərin sayı daha çox olsa yaxşıdır".
Qeyd edək ki, M.Abbasova Röyaya qarşı hörmətsizlik olduğunu qeyd edərək "Proqramın bitməsinə 10 dəqiqə qalmış, xala-xətrin qalmasın deyə bir mahnı ilə verilişə qatılmaq lazım idi? Öz vətənlərində belə bir təklifi hər hansı kanaldan qəbul edərdilər? Böyük bacı olaraq demək istəyirəm ki, özünüzü ucuzlaşdırmayın." yazmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB