Bu gün xalq artisti İlhamə Quliyeva media mənsubları ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, sənətçi keçmiş köməkçisi Mehriban Hüseynova ilə bağlı inanılmaz fikirlər irəli sürüb. O, eyni zamanda, keçmiş köməkçisinin onun əleyhinə hazırladığı saxta sənədləri-vəsiyyətnaməni və səs yazısını ortaya çıxarıb.
İlhamə xanım ilk olaraq Mehriban Hüseynovanın onun qarşısında diz çökərək süründüyünü, ağladığı və bağışlanması üçün yalvardığını göstərən lent yazısını göstərib. Həmin videoda keçmiş köməkçisi "Bir qələtdir eləmişəm" deyib elədiklərini etiraf edib və yalvarıb ki, bu söhbət otaqdan kənara çıxmasın.
Daha sonra primadonna tədbirdə açıqlamalar verib: "İlyarım bundan əvvəl Mehriban Hüseynova evimə köməkçi-xadimə qismində gəlib. Onu aparıcı Lamiyə Ələkbərova vasitəsi ilə tanımışam. Sən demə, o zamanla mənim evimdə qara işlər görüb. Çarpayımın altına dua qoymuşdu, ayağa dura bilmirdim. Duanın birində yazılmışdı ki, İlhamə xanım fevral-martda ölməlidir. Oğlumun dostuna deyib ki, mənə zəhər tap. O da soruşub ki, zəhəri, neynirsən? Deyib ki, İlhaməni öldürmək istəyirəm. Bildirib ki, İlhamənin yatdığı yerdə öldürəcəm, venasına hava yeridib, o dünyalıq edəcəm. Oğlumun dostu da bütün bunları telefonuna yazıbmış. Bir gün oğlumun dostu mənə dedi ki, evinə bir kamera yerləşdir. Keçmiş köməkçim sən demə, mənim adımdan vəsiyyətnamə yazıb. Saxta sənədlə varımı-dövlətimi öz adına keçirmək istəyib. Evimdən beş min oğurlayaraq bir qadının yanına gedib ki, saxta sənədə mənim imzama oxşar imza atdırsın. O qadın yanıma gəldi və hər şeyi danışdı. Eyni zamanda, səs yazısını mənə göstərdi. Səs yazısında o, məni söyür, öldürəcəyini deyir. O məni öldürmək üçün siropları yeməyimə qarışdırırmış. Amma özü o yeməklərdən yemirdi. Mən də xəstəhal olurdum. Axırda Türkiyəyə getdim. İki-üç ay ayaq damarlarımı əməliyyat etdirdim. Onu evdən qovandan sonra vəziyyətim yaxşıdır. O qadın məni pis günə qoymuşdu. Onu da deyim ki, keçmiş köməkçim evimdən brilliant üzük, xəz palto və digər qızıllarımı oğurlayıb. Bu qadın məni öldürmək üçün cadular da yazdırıbmış. Evdən o qədər cadular tapmışıq ki, dəhşətə gəlirəm. Onu evimdən Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Amma orda qeydiyyata salmayıblar. Mən özüm onu polislərin necə maşına otuzdurduqlarını gördüm. Amma sonradan bəlli oldu ki, onu tutmayıblar. Mən əslində onu tutdurmaq istəmirdim. O qadın məni şantaj etdi. Onu müdafiə edən adam mənə xəbər yolladı ki, əgər Mehribanın bir tükü əskik olarsa, sənin taclarını əlindən alarıq.
Buna görə də mən israr etdim ki, o qadın tutulmalıdır. Onun əri alfonsdur. Mən ona siqaret pulu verirdim. O kişi mənə gəlib yalvardı ki, arvadımı bağışla, bir qələtdir edib. Mən də elə bilirəm Mehriban tutulub. Amma bağdan gələndə maşını onun evinin yanına sürdürdüm. Bir də onda gördüm ki, Mehriban maşında oturub. Əri qabağıma çıxdı. Dedim mən arvadını tutdurmuşam, burda nə gəzir? Mehriban da başladı qışqırmağa ki, mən sənin oğlunu tutduracağam. Onu da deyim ki, Mehriban elə eləmişdi oğlumun da ayağını evimdən kəsmişdi. İndi oğluma şər atır. Deyib ki, guya mən oğlumu tutdurub, həbsdə öldürtdürəcəymiş".
Xalq artisti konfransda vurğulayıb ki, Preziden İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova məktubla müraciət edəcək. İlhamə xanım bildirib ki, ona sui-qəsd hazırlanıb.
Mətbuat konfransına qatılan Mehribanın rəfiqəsi Kəmalə hadisə ilə bağlı bunları deyib: "Məni 9 saat polislər saxladı, sorğu-sual etdilər. Amma Mehribana heç nə etmədilər. İstintaqı aparan Vüqar İsmayılov dedi ki, onu Kürdəxanıya aparıblar".
Qeyd edək ki, tədbir jurnalistlərin sualları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB