Rafet El Roman yenidən Bakıda!

Tez-tez Azərbaycana gələn qardaş ölkənin sənətçisi Rafet El Roman yenidən paytaxtımızın qonağı olacaq. SİA-nın verdiyi xəbərə görə, türkiyəli müğənni Bakıda konsert verəcək. O, dekabr ayının 27-də, saat 21:00-da səhnəyə çıxacaq. İfaçı konsert zamanı sevənlərinə reperturında olan və yeni bəstələrini səsləndirəcək.

Qeyd edək ki, konsertin təşkilatçısı Nahid Emiloğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə