“Sosial şəbəkədən istifadə edən məşhurlar diqqətli olmalıdırlar”
Ailə məsələləri üzrə ekspert, ictimai xadim Hacı Quliyev sosial şəbəkədən istifadə edən müğənnilərə səslənib. SİA-ya açıqlama verən ekspert bunları deyib: "İctimaiyyət arasında olan insanlar daha çox diqqət çəkirlər və sosial şəbəkələrdə izlənirlər. Xüsusilə, müğənnilər və tanınmış simalar paylaşdıqları şəkillərə, yazdıqları şərhlərə görə diqqətli olmalıdırlar. Bu həm onların özləri üçün, həm də onları izləyənlər üçün mənfi-müsbət təsiri ola bilər. Çünki tanınmış şəxslərin mindən, hətta milyondan artıq izləyiciləri var. İzləyicilər arasında gənclərin çoxluq təşkil etdiyini nəzərə alsaq, bu məsələyə biganə qalmaq olmaz. Gələcək nəsil bizdən nə öyrənəcək?!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB