Nadirdən ürəkağrıdıcı klip

Müğənni Nadir Qafarzadə yeni klip çəkdirib. SİA-ya bu haqda ekran işinin rejissoru Nail Naiboğlu məlumat verib: "Nadirin "Gün keçdi" mahnısına klip çəkdim. Ekran işində 1 saylı PsixoNevroloji yaşayış müəssisəsinin sakinləri çəkilib. Klipdə o cür insanlarla işləmək çox ürəkağrıdıcı və çətin idi. Amma onların da yaşamağa haqqı var. Ekran işi əqli cəhətdən problem olan insanlardan bəhs edir".

Qeyd edək ki, "Gün keçdi" mahnısının sözləri Rəfiq Zəka Xəndana, musiqisi Ferid M. Bayramlıya aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə