Məşhur türk seriallarından tanıdığımız aktyorlar Tolqahan Sayışman ilə Murad Yıldırım Həcc ziyarətində ölümdən dönüblər. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, iki məşhur sənətçi Mina dağında 753 hacının ölümü ilə nəticələnən faciədən 5 dəqiqə fərqlə xilas olublar.
Xatırladaq ki, Tolqahan Sayışman 2012-ci ildə, Murad Yıldırım isə 2014-cü ildə müqəddəs torpaqları ziyarət etmək üçün ümrə ziyarətinə getmişdilər. Məşhur aktyorlar bu il də Həcc vəzifələrini yerinə yetirmək üçün getdikləri Məkkədə qarşılaşıb, şeytanı birlikdə daşlayıblar.
Daşlamadan sonra Türklərin irəlilədiyi karvana qatılan aktyorlar, ikitərəfli bir küçəyə daxil olandan 5 dəqiqə sonra faciə meydana gəlib. 753 hacının həyatını itirdiyi hadisədən sonra qarışıqlıq meydana gəlib. Bu səbəbdən Məkkəyə bir necə saat sonra çata bilən ikili, dərhal ailələrini axtararaq yaxşı vəziyyətdə olduqlarını söləyiblər.
Qeyd edək ki, faciə şoku keçirən sənətçilər hələ də müqəddəs torpaqlarda ziyarətlərini davam edirlər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB