Ceyhundan yenilik

Müğənni Ceyhun Əliyev yaradıcılığındakı yeniliklərdən söz açıb. SİA-ya açıqlama verən ifaçı yeni bəstələr üzərində çalışdığını deyib: "İki ritmik mahnılar yazdırmışam. Həmin bəstələrin sözləri və musiqisi mənimdir. Daha sonra lirik mahnı üzərində çalışıram. Musiqisi mənim, sözləri Günel xanımındır. Sözügedən lirik bəstəyə klip çəkdirəcəm. Ekran işinin sujet xətti də olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə