Tanınmış müğənni Roza Zərgərli bölgələrdə yay turnesi çərçivəsində sonuncu konsertini Göygöl rayonunda verib. SİA-ya danışan ifaçı bildirib ki, "Bakı vaxtı ilə hər bir obada" adı altında həyata keçirilən konsert "Baku 2015"in mükafatçılarına həsr olunub: "Nəhayət yay turnesinin sonuncu konsertini başa vurdum. Bu konsertdə "Bakı 2015"in məşəl daşıyanları iştirak etdi. Çox maraqlı bir konsert oldu. Gecəyə Zeynəb Xanlarovanın repertuarından "Qarabağ" mahnısını oxuyaraq yekun vurdum. Demək olar ki, bu yay dincələ bilmədim. Hər zaman olduğu kimi bütün diqqətimi yaradıcılıq işlərimə ayırdım. Tamaşaçılar bu mövsümdə məni tam fərqli ampulada görəcək".
Qeyd edək ki, konsertdə R.Zərgərlini "Bakı instrumental ansamblı" müşayiət edib.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB