Tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın yeni kolleksiyası Çinin Urumçi şəhərində keçirilmiş "İpək yolu" IV Avrasiya Beynəlxalq Geyim Festivalının mükafatına layiq görülüb. SİA-nın verdiyi xəbərə görə, "Bakı-2015" I Avropa Oyunlarına həsr edilmiş Azərbaycanın milli geyimlərindən ibarət kolleksiya nüfuzlu "Master Exibition & Performance Award" mükafatına layiq görülüb. 25 geyimdən ibarət kolleksiyanın nümayişində çinli modellər iştirak ediblər. Kolleksiyanın nümayişi Azərbaycan moda gecəsini əsas xəbər başlıqları sırasına çıxaran Çin KİV-lərində böyük maraq doğurub.
Festivalda Çin, Rusiya, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan dizaynerlər iştirak ediblər.
Xatırladaq ki, bu kolleksiya Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyilə Heydər Əliyev Fondunun I Avropa Oyunları Təşkilat Komitəsi ilə birlikdə təşkil etdiyi ilk Avropa Oyunlarının təqdimatı çərçivəsində cari ilin aprelində Londonda təqdim edilmişdi.
Qeyd edək ki, G. Xəlilova "Master Exibition & Performance Award" mükafatına ardıcıl iki ildir layiq görülür. Dizayner ötən il təqdim edilən 3 kolleksiyaya "Emosiyaların partlayışı", "İlham", "İlmələrin sehri" görə mükafat almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB