Bu gün müğənni İzzət Bağırov "Yaşıl Teatr"da verəcəyi konsertlə bağlı mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, müğənni konfrans zamanı konsert haqqında məlumat verib: "Bildiyiniz kimi sentyabr ayının 18-də "Yaşıl Teatr"da konsert proqramı ilə çıxış edəcəm. Konsertimdə iki yeni klipimin təqdimatı olacaq. Eyni zamanda bəstəkar Nazim Məmmədovun Türkiyədə aranjiman etdirdiyi, Tunarın yazdığı və anama aid olan yeni bəstələri səsləndirəcəm. Konsertdə duet də oxuyacam. Fərqli dekorasiya olacaq. Onu da söyləyim ki, gecəboyu 1 kostyum geyinəcəm".
İzzət konsert zamanı gecəyə dəvət etdiyi həmkarlarından söz açıb: "Konsert üçün heç kimə şəxsən zəng edib, dəvətnamə verməmişəm. Çünki özümə hörmət edən sənətçiyəm. Ancaq hansı şou-biznes nümayəndəsi məndən bilet istəyib, dəvətnamə göndərmişəm".
Müğənni mərkəzi küçələrin birindən yoxa çıxan afışasından da danışıb: "Afişam bir neçə gün bundan öncə yoxa çıxmışdı. Ancaq yenidən bərpa etdik. Həmin afişaya görə 2500 manat pul ödəmişəm".
İfaçı konsertin biletlərinin 10-50 manat arasında olduğunu söyləyib.
Qeyd edək ki, mətbuat konfransı jurnalistlərin sualları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB