Cabbar Musayev oğluna toy etdi

Müğənni Cabbar Musayevin oğlu Fərhad nikah masasına əyləşib. SİA-nın məlumatına görə, sənətçinin oğlu Təranə adlı xanımla ailə qurub. Şəhər restoranlarından birində baş tutan məclisdə sənət aləminin tanınmış simaları iştirak ediblər. İfaçılar sözün əsl mənasında çal-çağır ediblər. Belə ki, sənətçilər öz mahnılarını ifa edərək, rəqs etməyi də unutmayıblar.

Qeyd edək ki, gecə maraqlı anlarla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə