Teleaparıcı İlahə Nizami qızının səhhəti pisləşib. Bu barədə SİA-ya məlumat verən aparıcı müalicə olunduğunu söyləyib: "Artıq aylardır ki, ürək-damar problemindən əziyyət çəkirdim. Ancaq bu gün səhər saatlarından səhhətim kəskin şəkildə pisləşdi və huşumu itirdim. Oyananda özümü xəstəxanada gördüm. Bəzən insanın özü-özünə düşmən olur. Təəssüf ki, mən də həmin insanlardanam. Xəstəxanaya düşəndən sonra anlayırsan ki, həyat gözəldir və yaşamağa dəyər. Bundan sonra müalicəmi vaxtı-vaxtında edəcəm, məni həyatda üzən hər şeydən və hər kəsdən uzaq olmağa çalışacam".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB