Röya Hacı Nuranın yanında

Müğənni Röya Ayxan Almaniyaya səfər edib. SİA-nın verdiyi xəbərə görə, sənətçi "Uniklinika"da yenidən müalicəyə başlayan teleaparıcı Hacı Nuran Hüseynova baş çəkib. Aparıcı ilə şəklini paylaşan Röya "Hər kəsə Almaniyadan salamlar. Bir neçə saatlıq dostuma dəyməyə gəldim. Tez sağal Nuran. Azərbaycan səni sevir. Etdiyin yaxşılıqlar səni bu bəladan qurtarsın" sözlərini yazıb.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Hacı Nuranın səhhəti bir neçə vaxtdır daha da pisləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə