Hacı Nuranın səhhəti pişləşdi "dostlarımla vidalaşdım"

Hacı Nuranın səhhəti pişləşdi

Almaniyada yenidən müalicəyə başlayan teleaparıcı Hacı Nuran Hüseynovun səhhəti pisləşib. SİA-nın verdiyi xəbərə görə, o bu haqda "İnstagram" səhifəsində yazıb: "Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım. Bakıdan, Almaniyadan, Avstraliyadan, Belçikadan, Fransadan, Hollandiyadan, İsveçdən və uzaq Rusiyadan gələn, vaxt tapıb məni ziyarət edən dostlarıma çox minnətdaram".

Qeyd edək ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə alan aparıcı fevralda Bakıya qayıtmışdı. Ötən ay Almaniyaya müayinəyə gedən Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə