Elnarəni Xına mərasimlərində görəcəksiniz

Elnarəni Xına mərasimlərində görəcəksiniz
Müğənni Elnarə Xəlilova və Xuraman Şuşalı əməkdaşlığa başlayıb. Bu barədə SİA- Elnarə bildirib: "Hər kəs bilir ki, el şənliklərində çox az hallarda, yaxından tanıdığım, kontingenti haqqında məlumatım olan məclislərdə çıxış edirəm. Məndən çox xahiş edirdilər ki, xına məclislərinə qatılım. Qızların, gəlinlərin, anaların, baldızların, bacıların, qaynanaların bu xahişini nəzərə alaraq qərara gəldim ki, xına mərasimlərində çıxış edim. Bu işdə Xuramanla əməkdaşlığa başladıq. Hələlik bir ay sınaq müddəti olacaq. Artıq məni xına mərasimlərində də görəcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə