Yazıçılar Birliyinin üzvü, şair Tural Bayraməliyevin SİA-ya müsahibəsi
-Yazar olaraq bu vaxtadək hansı qlobal mövzulara toxunmusunuz?
- İşi olmayan, lakin yeni ailə həyatı qurmaq istəyən gənclər psixoloji problemlərlə üzləşirlər. Mən də qəhrəmanımın dili ilə bu mövzuya öz aspektimdən yanaşacam və bədii ədəbiyyata çevirəcəm. Mövzunun özəlliyi ondan ibarətdir ki, gənclər bir ədəbi məhsul oxumaqla yanaşı, məsələnin hardasa həllinə də vara biləcəklər. Bu cür problemlərin məncə həlli yolu var. Sadəcə, onu düşünüb tapmaq lazımdır.
- Bəzən, problemi həll etmək istəyərkən, uçuruma yuvarlananlar da olur. Məsələn, sosial bəlalar və s.
- Həyatlarını öz əlləri ilə "qara qutuya" çevirən gənclər üçün bu, uzaqdan hamar yol şəklində görünür. Amma yolun başlanğıcı hamar olduğu qədər, sonu uçurumdur. Bir çox xeyriyyə tədbirlərinə qoşulmaqla, gəncləri bu yoldan uzaqlaşdırmağa çalışmışıq. Bəzən nail oluruq. Ancaq əksəriyyəti üçün artıq həyat "sönür". Bədii ədəbiyyatımın mövzusunun bir hissəsini məhz bu mövzu təşkil edəcək. Bu, maarifləndirmənin bir hissəsi ola biləcək.
- Bir çox məqamları öyrənməyə çalışırsız. Qarşılaşdığınız hər əvhalatı bədii ədəbiyyata çevirə bilirsiniz?
- Ədəbiyyat adamlarının əsas mövzularını məhz gerçək həyatdakı əhvalatlar təşkil edir. Bir neçə əsərimin məhz real həyatdan götürüldüyünü deyə bilərəm. Mən ciddi ədəbiyyatdan yazanda, xəyali mövzular dalınca qaçmıram. Nağıllardan uzağam. Şeirlərimdə isə əksinə olur. Bu gün daha çox ciddi və qlobal mövzuları düşünürəm. Növbəti kitabım məhz həyatı reallıqlardan bəhs edəcək.
- Xalqın yanında böyük ədəbiyyatla dayanmaq mümkündürmü?
-Mümkündür. Tarix boyu şahidik ki, xalqımızın yanında dayananlar söz yazarları, ictimai xadimlər olub. Qələm adamı Tanrının seçilmiş bəndəsi sayılır. Millətin probleminə öz dərdi kimi yanaşa bilir. Mənən hər zaman xalqın yanındayıq. Problemleri bədiləşdirə bildiyimiz qədər, həllini də düşünməyə çalışırıq.
-Sizi nə ruhdan sala bilər?
- İnsanların xainliyi məndə ruh düşkünlüyü yaradır. Amma bu müvəqqətidir. Bəzi adamlar var ki, özləri nəsə edə bilməyəndə, ətrafındakı insanın uğurunu baltalamaqdan həzz alır. Şükür ki, belə məqamlarda daha da böyüyürəm, güclənirəm. Çevrəmdəki dostları tanıyıram. Bilirəm ki, kiminlə dostluq etmək mənə başucalığı gətirə bilər. Mən dövlətimi, Vətənimi sevən insanam. Xüsusi ilə qeyd edim ki, dövlət başçımız gənclərə nümunədir. Siyasəti bizim üçün örnəkdir. Hər bir yaradıcılıq məhsulumda, xeyriyyəçiliyimdə, ictimai fəaliyyətimdə bu örnəkdən bir nümunə var.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06"Fənərbağça" İngiltərədə DARMADAĞIN OLDU!
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



