Soner Sarıkabadayı Bakıda canlı oxuyacaq FOTO

Soner Sarıkabadayı Bakıda canlı oxuyacaq FOTO

Türkiyənin tanınmış müğənnisi Soner Sarıkabadayı növbəti dəfə Bakıya gələcək. Üçüncü dəfə paytaxtımızın qonağı olacaq ifaçı avqustun 29-da konsert verməyə hazırlaşır. Saat 19:00-da başlayacaq olan konsertin təşkilatçısı, prodüser Humay Muxtarova konsert haqda SİA-ya məlumat verib: "Artıq üçüncü dəfədir ki, Soner paytaxtımıza gəlir. Lakin bu dəfə o Bakıda ilk dəfə olaraq canlı orkestrla konsert verəcək. Artıq kontrakt bağlanılıb. Gecədə ilk öncə modellerin çıxışları olacaq. Daha sonra 20:30-da türk müğənni Yeşim Erçetin səhnəyə çıxacaq. Gecə saatlarında isə Soner orkestrla ilə birlikdə canlı mahnılarını ifa edəcək. Ən sonda isə dj Mansurun təqdimatında səhərə qədər diskoteka davam edəcək. Konsertdən öncə mətbuat konfransı keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə