Aygündən "Bakı 2015" idmançılarına JEST (FOTOLAR)

Aygündən "Bakı 2015" idmançılarına JEST  (FOTOLAR)
Azərbaycanın xalq artisti Aygün Kazımova solo konsertə hazırlaşır. Hər zaman idmançılara verdiyi dəstəklə seçilən xalq artisti, bu dəfə də ənənəsinə sadiq qalıb. Bu haqda müğənni SİA-ya açıqlama verərək, konsertini Azərbaycanda keçirilən İlk Avropa Oyunlarının qaliblərinə həsr etdiyini bildirib: "Yay konsertimi Avropa Oyunlarının qaliblərinə həsr edirəm. Onlar bizim bayrağımızı ucaldıb, himnimizi səsləndirib. Bütün azərbaycanlılar kimi, mən də çempionlarımız ilə fəxr edirəm. Onlar ölkəmizdə baş tutan möhtəşəm Avropa Oyunlarında bizim adımızı ucaltdılar. Mən hər zaman idmançılarımıza var gücümlə dəstək olmuşam, oluram və olacağam".

Qeyd edək ki, Aygün Kazımovanın "Ayrılarmı könül candan" adlı yay konserti paytaxtın dənizkənarı əyləncə mərkəzlərindən birində, 21 avqust saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə