Aktrisanı öz ölkəsindən qovdular

Aktrisanı öz ölkəsindən qovdular
Aktrisa Beren Saat sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib. SİA-nın verdiyi xəbərə görə, buna səbəb müğənninin həyat yoldaşı Kənan Doğulu ilə Los-Ancelesdə evlilik ildönümünü qeyd edərək ölkəsindəki terror hadisələrinə biganə yanaşaraq "İnstaqram" səhifəsində Amerika filmlərindən birinin şəklini paylaşması olub.

"Xalq düşməni", "Vətən xaini" "LGBT-ni dəstəkləyən PKK-çı", "Terrorist" adlandırılan Beren öz ölkəsini sevməməkdə ittiham olunub. İstifadəçilər aktrisaya "İnşallah, şəhidlərin qanında boğularsan", "Bu ölkədə sənin kimilərə yer yoxdur, rədd ol get", "Şəhidlərin qatillərindən biri də elə sənsən", "Fındıq qədər beyninlə dövlət işlərinə burnunu soxma" şəklində sərt sözlər yazıblar.

Qeyd edək ki, bir qədər əvvəl aktrisanın qayınanası Serpil Doğulunun gəlininə siyasi paylaşımlara görə xəbərdarlıq etdiyi, "ailəmi təhlükəyə salırsan" dediyi barədə xəbərlər yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə