Müğənninin asistenti özünü asdı

Müğənninin asistenti özünü asdı
Türkiyəli sənətçi Selami Şahinin asistenti, 32 yaşlı Serkan Büyükavşar özünü asıb. SİA-nın verdiyi xəbərə görə, hadisə S.Şahinin İstanbulun Şişli səmtində, İskenderoğlu küçəsi, 39 ünvanda yerləşən evində baş verib. Həkimlərin bütün səylərinə rəğmən, S.Büyükavşar vəfat edib. Polisdən verilən məlumata görə, sənətçinin köməkçisinin intiharının səbəbləri araşdırılır. İlkin versiya kimi S.Büyükavşarın dərin depressiyada olması deyilir.

Qeyd edək ki, son vaxtlar Serkan Büyükavşar "Sana Bir Sır Vereceğim" serialındakı aktrisa Demet Özdemir ilə birlikdə idi.

Bütün xəbərlər Facebook səhifəmizdə