İfaçılarımız beynəlxalq festivalda FOTOLAR

İfaçılarımız beynəlxalq festivalda FOTOLAR

Müğənni Roza Zərgərli "II İssık-Gül" beynəlxalq festivalının "Meykin Asiya" mahnı yarışmasınının bağlanış mərasimində çıxış edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı səhnədə "Qəlbdən sevən" mahnısını ifa edib. Festivalda ikinci yerə layiq görülən təmsilçiyə diplomu Roza Zərgərli təqdim edib. Festivalın təşkilat komitəsinin üzvlərinə dövlət məmurları, incəsənət xadimləri, nazirliklərin nümayəndələri, həmçinin Roza Zərgərli daxil olub. Müğənni festivala fəxri münsif olaraq dəvət olunub.

Qeyd edək ki, yarışmada Azərbaycanı təmsil edən müğənni Yaşar Yusub beynəlxalq müsabiqədə 3-cü yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə