Ölkənin ən bahalı klipi
Müğənni Sərdar Ortaç irlandiyalı həyat yoldaşı Xloe Luqnan ilə birgə çəkdirdiyi "Nankör" adlı klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, ekran işi ifaçıya 200 min dollara başa gəlib. Bu isə Türkiyədə ən bahalı ekran işi deməkdir. Çəkilişlər 6 saat davam edib. Klipin rejissoru Volqa Tamözdür.

Qeyd edək ki, mahnının sözləri və musiqisi Sərdar Ortaça məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə