“Azisi edam etmək lazımdır” FOTOLAR

“Azisi edam etmək lazımdır” FOTOLAR

Xəbər verdiyimiz kimi, bolqar müğənni Azis paytaxtımızın qonağıdır. Onun Azərbaycana təşrif buyurması bir neçə nəfəri sevindirsə də, böyük kütlənin narazıçılığına səbəb olub. Əcnəbi qonağımızın Bakıda konsert verməsi yaşlı nəsillə yanaşı, gənclərin də ürəyincə deyil. Belə ki, bir çoxları sosial şəbəkələrdə Azis haqda xoşagəlməz şərhlər yazaraq, Azərbaycana gəlməsinin tərəfdarı olmadıqlarını bildiriblər.

Hər zaman qeyri-adi hərəkətləri və libasları ilə qınaq obyektinə çevrilən Azisin şəhərimizdə konsert verməsi mədəniyyət xadimlərini də narahat edib. SİA-ya açıqlama verən kinorejissor Əbdül Mahmudov (Şeyx Əbdül) sözügedən ifaçının Bakıya gəlməsinə narazı olduğunu dilə gətirib: "Azis musiqi mədəniyyətinə ləkədir. Onun hərəkətləri yol verilməzdir. Hər kəs Azisi Bolqar vətəndaşı olaraq tanıyır. Bəlkə bir az axtarış etsək erməni vətəndaşı olduğu üzə çıxar. O kimdir ki, Bakıda gəlib, konsert verir? Bir məqamı ələxsus qeyd edim ki, dünyaya baxışımız dəyişilə bilər. Ancaq Azərbaycan xanımının əxlaqı heç vaxt dəyişilməyib və dəyişilə də bilməz. Odur ki, Azis kimilər bizim mənəviyyatımıza təsir edə bilməz. O, pul qazanır deyə tərbiyəmizə sahib olmamalıyıq? Hətta əxlaqi mədəniyyəti olmayan Azisə kifayət qədər qonorar verərək Azərbaycanda səhnəyə çıxarıb, qarşıdurmaq yaratmaq kimə maraqlıdır? Mədəniyylə bağlı kim bu xalqın əxlaqına toxunursa, həmin kəsi edam etmək lazımdır. Ən vacib məsələyə toxunum ki, xalq artistimiz Aygün Kazımova Azislə eyni səhnəni paylaşacaq. Mən bunun tərəfdarı deyiləm. Çünki Aygün xanım son günlər bu yaşda soyunaraq şəkillər çəkdirərək yalnış etdiyi hərəkət kimi yenə də düzgün yolda deyil. Çünki xanım Kazımovanı yetərincə tanıyırlar. Azislə eyni səhnədə olması onu daha da məşhurlaşdırmayacaq. Mənəvi dəyəri olmayan eybəcər Azislə birgə oxumasını ona yaraşdırmadım. Aygün xanımın bu addımı hansı məqsədlə atdığı mənim üçün çox maraqlıdır".

Qeyd edək ki, Azis iyulun 25-də məkanların birində konsert verəcək. Gecənin xüsusi qonağı isə xalq artisti Aygün Kazımova olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə