Azərbaycanlı müğənni kişi axtarışına çıxıb: “Ciddi olmayan narahat etməsin”
"Qaya" ansamblının solisti Şölə Səfərəliyeva yeni klip çəkilişlərinə hazırlaşır. SİA-nın məlumatına görə, müğənni bu barədə sosial şəbəkədə yazıb. O, yeni klipi üçün dünya şöhrətli aktyor Eşton Kuçerə bənzər kişi axtarışına da çıxıb.
"Yeni klipimin çəkilişləri üçün aktyor Eşton Kuçerə oxşar könüllü bəy axtarılır. Fotonuzu və haqqınızda məlumat yollaya bilərsiniz. Ciddi olmayan narahat etməsin. Özünü yaraşıqlı görən qaraşınlar da foto göndərib qatıla bilər, qismət. Çox sağ olun".
Qeyd edək ki, Eşton Küçer dünya şöhrətli aktrisa Demi Murun keçmiş həyat yoldaşıdır. Uzun sürən boşanma prosesindən sonra Eşton aktrisa Mila Kunis ilə vətəndaş nikahına daxil olub. Cütlüyün bir qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB