Kənan M.M evini dağıtdı
Rejissor Kənan M.M. özü ilə bağlı maraqlı video ortaya çıxarıb. SİA-nın verdiyi xəbərə görə, o sosial şəbəkədə uşaqlığı ilə bağlı məqamlara toxunaraq, bu sözləri yazıb: "Naxçıvanda olanda 1992-ci ildə atam mənə kamera almışdı. Evdəkilər harasa gedən kimi kameranı kiçik qardaşıma verirdim ki, mən evi dağıdacam, sən də çək. Anamgil evə gələnə kimi soyuducu, televizor, divan nə hala düşürdü Allah bilir. Hələ də başa düşmürəm ki, adam özünü niyə bu hala salır. Van Damma baxırdım, beynim çönürdü. Bu video çəkildikdən sonra 7 gün yanıüstə yata bilmədim".

Bütün xəbərlər Facebook səhifəmizdə