Tolikdən Aygünə mesaj: "Sən sağ, mən salamat"

Tolikdən Aygünə mesaj: "Sən sağ, mən salamat"
Prodüser Tolik xalq artisti Aygün Kazımova ilə işbirliyinə son qoyub. SİA-nın məlumatına görə, prodüser bu barədə sosial şəbəkədə yazıb: "Bir ilə yaxın zaman işbirliyimiz olan Aygün Kazımovadan ayrılmağı qərara aldım. Bəli, bizim işbirliyimiz uğurlu olub, hər zaman mən bəzi prodüserlərdən seçilirəm. Çünki müğənniyə verdiyim dəyər pula görə yox, sənətə görə olur. Onu da deyim ki, Aygün xanıma görə hamıyla mübarizə aparmışam. Amma mənim də sevmədiyim insanlar var. Məndə belədir, ya mən, ya onlar. Seçim isə insanın özünə qalır. Hər kəsə uğurlar. Mən də, bilirsiz ki, 13 ildir beləyəm, çünki əkizlər bürcüyəm. Hər zaman özümə hörmət qoymuşam, işlədiyim müğənninin səviyyəsi və statusu mənim üçün vacib olub. Özümü isə hamıdan çox istəmişəm, qarşılıqlı hörmət istəmişəm. Dostlarına dost, düşmənlərinə düşmən olmuşam. Bu qarşılıqlı olmalıdır, olmadısa deməli, sən sağ, mən salamat!".

Bütün xəbərlər Facebook səhifəmizdə