Aygün Kazımova Azislə bir arada FOTOLAR

Aygün Kazımova Azislə bir arada FOTOLAR
Xalq artisti Aygün Kazımova "instagram" sosial şəbəkəsində marağa səbəb olacaq paylaşımlar edib. O, konsert təşkilatçısı Nahid Emiloğlu ilə şəkil paylaşaraq "Tezliklə" şərhini əlavə edib. Bu haqda əlavə heç bir məlumat verməyən ulduz, ardınca bolqar əsilli dünya şöhrətli müğənni Azisin Bakı konsertinin biletlərinin və konsertin təşkilatçısı Samir Xəttabla şəklini paylaşaraq "Mən də ordayam, bəs siz?" şərhini əlavə edib.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən xalq artisti Aygün Kazımova Azislə eyni konsertdə olacağını bildirib: "Azisin konsertinin özəl qonağıyam. Sizi orada sürpriz gözləyir. İndidən heç nə demək istəmirəm. Bütün sürprizi iyulun 25-i konsertdə görəcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə