Modelimizin keçmiş həyat yoldaşı sevgilisi ilə çimərlikdə FOTOLAR

Modelimizin keçmiş həyat yoldaşı sevgilisi ilə çimərlikdə FOTOLAR
Yenicə Türkiyə vətəndaşlığı əldə edən modelimiz Günay Musayevanın keçmiş həyat yoldaşı, aktyor Tolqa Karelin yeni sevgilisi Saşa ilə fotoları yayılıb. SİA-nın məlumatına görə, cütlük İstanbulda Suada çimərliyində dincələrkən görüntülənib. Cütlük tez bir zamanda Amerikaya köçməyi planlaşdırır.

Qeyd edək ki, Karel və Günay cütlüyü 2011-ci ildə ailə qurub. Cütlük ötən ilin noyabrında ayrılıb. Onların Cahangir adlı oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə