Sevda Yahyayevanın konsertinin vaxtı dəqiqləşdi

Sevda Yahyayevanın konsertinin vaxtı dəqiqləşdi

Müğənni Sevda Yahyayevanın konsertinin vaxtı dəqiqləşib. SİA-ya açıqlama verən sənətçi konsertin zamanını açıqlayıb: "Xeyli müddətdir hazırlaşdığım konsertimin vaxtını artıq dəqiqləşdirmişik. Belə ki, konsertim avqust ayının 9-da baş tutacaq. Gecə "Yaşıl Teatr"da keçiriləcək. Konsertim 21:00-da olacaq. Məni sevən hər kəsi konsertimə dəvət edirəm. Gecədə surprizlər də olacaq. Gecəboyu tamaşaçılara repertuarımda olan mahnılarımı və yeni bəstələrimi təqdim edəcəm".

Qeyd edək ki, konsertə gəlmək istəyənlər şəhərin bütün kasaalarından bilet əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə