İlqarənin "sevgilisi" FOTOLAR

Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin sevgilisi deyilən bir oğlanla şəkli bu gün yerli mediada yayılıb. SİA-nın xəbərinə görə, hazırda Türkiyədə olan İlqarə Kazımova məsələ ilə bağlı fikirlərini bildirib.

Xəbəri gülərək qarşılayan İlqarə sevgilisi olduğunu təkzib edib: "O, mənim sevgilim deyil. Anamın fotoqrafıdır. Mənim isə ən yaxın dostlarımdan biridir. Jurnalistlər birinci dəfə deyil mənim haqda bu cür şayələr yazır. Dostlarımla şəkillərimi götürüb sevgililərim kimi qələmə verirlər. Jurnalistlərdən xahiş edirəm ki, belə bir xəbər yazarkən dəqiqləşdirsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə