Damlanın “Bu bahar”ına klip çəkildi

Damlanın “Bu bahar”ına klip çəkildi
Gənc müğənni Damla söz və musiqisi Tural Bayraməliyevə məxsus olan "Bu bahar" mahnısına klip çəkdirib. SİA-nın verdiyi xəbərə görə, Nail Naiboğlunun ekranlaşdırdığı klipin çəkilişləri Cəlilabad və Mingəçevirdə aparılıb. Yaradıcı heyət çəkiliş üçün Mingəçevirdə Kür çayını kənarını seçiblər. İki gün davam edən "Bu bahar" kino lentə çəkilib və yaxın günlərdə təqdim olunacaq.

Qeyd edək ki, klipdə Damla müxtəlif imicdə təqdim edilib. Sənətçi xanımın vizaj və stili üzərində Anar Məmmədov çalışıb. Klipi isə operator Delee lentə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə