Müğənnimiz Qazağıstanda münsif olacaq

Müğənnimiz Qazağıstanda münsif olacaq
Müğənni Roza Zərgərli Qırğızıstanda, İssık-Gül gölünün sahilində, kurort şəhəri olan Çolpon-Atedə keçiriləcək ikinci "Meykin-Asiya" beynəlxalq festivalına fəxri münsif üzvü qismində dəvət alıb. SİA-nın verdiyi xəbərə görə, festivalın təşkilatçılar komitəsinin üzvləri sırasında məmurlar, mədəniyyət xadimləri və teleşirkət təmsilçiləri yer alıb.Festivalda Asiya və Avropanın ən yaxşı ifaçıları ilə bərabər, Azərbaycanın, Türkiyənin, Rusiyanın, Cənubi Koreyanın, Çinin və Yaponiyanın təmsilçiləri iştirak edəcək. Roza Zərgərlinin verdiyi məlumata görə, ölkəmizin təmsilçisi yaxın zamanda "BEN" production tərəfindən seçiləcək. Festivalın daha bir sürprizi populyar müğənnimiz ilə bağlıdır. Belə ki, Roza Zərgərli öz ifası ilə festivala yekun vuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə