İyulun 28-də Ayan Babakişiyevanın dünya şöhrətli Azislə birgə nəzərdə tutulan konsert layihəsinin hazırlığı davam edir. SİA-nın verdiyi xəbərə görə, ötən gün müğənni Rəqsanə ilə birlikdə şam yeməyi yeyən Ayanın görüşünün səbəbi məhz konsertlə bağlı olub. Belə ki, Ayanın konsertdə ifa edəcəyi mahnılardan birinin söz və musiqi müəllifi Rəqsanə İsmaylovadır. Mahnı məhz Ayanın konsert repertuarının bir mahnısı olaraq ərsəyə gəlib.
Qeyd edək ki, canlı alətlərin ifasında ərsəyə gələn musiqidə Kaan Gokman və bir çox peşəkar musiqiçilərin əməyi keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB