Prodüserlər arasında QALMAQAL FOTO
Niyam Salaminin prodüseri Eldəniz İsrafilov sosial şəbəkələrdə prodüser Humay Muxtarovanın ünvanına xoşagəlməz sözlər yazıb. O, Humayı insanları aldatmaqda günahlandırıb.

Məsələ ilə əlaqədar qarşı tərəfin Humay Muxtarovanın fikirlərini öyrəndik. SİA-ya açıqlama verən xanım Muxtarova bunları dedi: "Azərbaycan şou-biznesinə qoşulandan 2 ildir ki, Eldəniz İsrafilovu tanıyıram və təxmini 5-6 ay əvvəl bizim münasibətlərimizə onun səhvi ucbatından son qoyulub. Çünki o, azərbaycanlı kişiyə yaraşmayan hərəkət etdi. Onun səhvlərini deməyə məcburam. Çünki o, bu gün mənim haqqımda öz "Facebook" və "İnstagram" səhifələrində böhtan dolu sözlər paylaşıb. Xüsusən də mənim şəklimi, mənə aid olan şəxsi bir şeyi ona kim icazə verib ki, paylaşsın? İndi burdan Eldənizə səslənirəm. Əgər o yazdıqlarını sübut edə bilməsə məsələ ilə bağlı Bakı Şəhər Prokrorluğuna, Daxili İşlər Nazirliyinə yazılı olaraq müraciət edəcəyəm. Mənim şərəf və ləyaqətimə xələl gətirəcək sözlər danışan insan cavabsız qala bilməz!".

Qeyd edək ki, Eldəniz İsrafilov haqqında həbs xəbəri yayılıb. Barəsində Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə şikayət daxil olub. Deyilənlərə görə, şikayətdə Eldəniz İsrafilov adam qaçırmaqda günahlandırılır.

Eldəniz İsrafilovun Humay Muxtarova haqqında sosial şəbəkədə yazdığı sözləri olduğu kimi təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə