Rza Zərrab yenə həbs olunacaq? FOTOLAR

Rza Zərrab yenə həbs olunacaq? FOTOLAR
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rza Zərrab həbs oluna bilər. SİA-nın verdiyi xəbərə görə, buna səbəb iş adamının müğənni həyat yoldaşı Ebru Gündeşə 2011-ci ildə ad günü hədiyyəsi olaraq aldığı tarixi binalarda dəyişiklik etməsidir. Bununla bağlı qərar çıxıb. Həmin binalara əlavə olaraq tikilmiş mərtəbə və lift sökülərək köhnə vəziyyətinə qaytarılacaq.

Osmanlı dövründə inşa edilən və 1970-ci ildə ikinci dərəcəli tarixi əsər olaraq siyahıya salınan binalarda ötən il restavrasiya işlərinə başlanılıb. Bərpa işlərindən sonra tarixi evlərin görünüşündə əhəmiyyətli dəyişikliklər baş verib.

Hündürlüyü dəyişdirilmədən 3 mərtəbədən 4 mərtəbəyədək ucaldılan evlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Rza Zərraba qarşı iddia ərizəsi ilə çıxış edilərsə, iş adamını 5 ilədək həbs də gözləyir. Aparılan araşdırmalar zamanı məlum olub ki, restavrasiya zamanı 2960 saylı Boğaziçi Qanunu pozulub. Əvvəlcədən təqdim olunan layihədə göstərilmədiyi halda, iki tarixi bina arasında yeraltı tunel, əlavə dördüncü mərtəbə və lift inşa edilib.

Qeyd edək ki, tarixi əsəri bilərəkdən dəyişdirmək 2863 saylı qanunun 9-cu maddəsinə əsasən cinayət işi sayılır. Bunun isə cəzası 2 ildən 5 ilədək həbs, yaxud 5 min lirə (təxminən 1950 manat) pul cəriməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə