​Çağatay Ulusoy yeni filmə çəkilir FOTO

​Çağatay Ulusoy yeni filmə çəkilir FOTO
"Medcezir" serialının baş rol aktyoru Çağatay Ulusoy yeni filmə çəkilir. SİA-nın verdiyi xəbərə görə, bu yay yeni filmə çəkilməyə hazırlaşan aktyorun yeni tərəf müqabili bəlli olub. Belə ki, 3 il boyunca "Karadayı" serialında Kənan İmirzalıoğlunun bacısını canlandıran, Türkiyə gözəli (2008) Leyla Lidya Tuğutlu Çağatayla yeni filmdə sevgili olacaq. Rejissoru Ali Bilginin çəkdiyi ekran işində musiqiçi gəncin sevgi münasibətindən bəhs ediləcək. İstanbulda çəkiləcək film üçün Ulusoy gitara dərsləri alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə