Bakının qonaqları “Sarı gəlin”i alqışlarla qarşıladı FOTOLAR

Bakının qonaqları “Sarı gəlin”i alqışlarla qarşıladı FOTOLAR
"Bakı-2015" I Avropa Oyunları çərçivəsində ötən gün Heydər Əliyev Sarayında "Gəncləşən muğam" gənc muğam ifaçılarının konserti keçirilib. SİA-nın verdiyi xəbərə görə, xalq artisti, professor Mənsum İbrahimov və tələbələri maraqlı proqramla çıxış ediblər.

I Avropa Oyunları ilə bağlı ölkəmizdə qonaq olan əcnəbilər də konserti dinləyib. Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i Vüsalə Rəcovanın ifasında hərarətlə qarşılayıblar. Repertuarına uyğun milli geyimdə səhnəyə çıxan V.Rəcova yaxın aylarda bu təqdimatı xarici ölkələrdə də edəcək.

Qeyd edək ki, "Gəncləşən muğam" layihəsində Mənsum İbrahimovun yetirmələrindən Aytən Məhərrəmova, Arzu Əliyeva, Elşad Aydınoğlu, Hüseyn Məlikov, Günay İmamverdiyeva və başqaları çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə